• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 15.08.2024 20:01

Kirayə bazarındakı şifahi razılaşmalar

KepezTV Player

Azərbaycanda əhalinin bir hissəsinin hələ də daimi yaşayış yerinin olmaması, kirayə bazarının əhəmiyyətini artırır. Bu, bazarda kirayəyə verilən mülklərin sayını çoxaldır və müxtəlif sosial təbəqələrdən olan insanlar kirayəçi olur. Belə ki, əhalinin müəyyən bir hissəsi işləmək və ya təhsil almaq məqsədilə digər şəhərlərə köç edərək kirayə mənzillərdə yaşamağa başlayırlar. Lakin hələ də evlərin bir çoxu qeyri-rəsmi, yəni məhz şifahi razılaşmalar əsasında kirayələnir.

Elmir Sadıqov - rieltor : Evləri kirayə verəndə birinci müqəvilə bağlayırıq. Çünki həm təhlükəsizlik baxımından ki  səhərsi gün hansısa bir kirakeşlə ev sahibi arasında olan bir problem olanda  sənəd göstəririk ki müqavilə bağlanılıb. İkinci bir tərəfdən də ən çox bağlamırlar ki dövlətə vergi ödəməyələr deyə.Kirayə müqaviləsi bağlamamaq vergidən yayınmaq kimi sayılır.Biz deyirik ki hansısa bir  evi kirayə verəndə müqavilə bağla, vergini ödə.

Ceyhun Muğalov - rieltor : Evə aparıb göstəririk,razılaşırlar,alınır iş, sonra  biz deyirik ki hər şey notarial qaydada olsun.Yəni kirayə müqaviləsi ilə .Bəzi ev sahibləri bu vergidən yayınmaq məqsədi ilə  istəmirlər ki kira müqaviləsi olsun.Az miqdarda insan belə deyim ki müqavilə bağlayır.

Kirayə müqaviləsinin bağlanılmasında təkcə ev sahibləri deyil, həm də kirayəçilər maraqlı olmaldırlar. Yəni ev sahibi kirayəçini vaxtından əvvəl evdən çıxara, gözlənilmədən qiyməti artıra bilməz.

İsa Əliyev - tələbə : Tələbəyəm, bura gəlmişəm ki ev tutum.Burda universitet  oxuyuram, istədim ki ev tutum sentyabrdan da dərslər başlayır.Mən gəldim  kirayə verənlə hamısını oturduq danışdıq,pulu, qiyməti danışdıq. Axırda müqavilə bağlamaq istədim ki  gəl müqavilə  bağlayaq, evi götürüm.Kirayə verən də boyun qaçırdı bu məsələdən.

Kamran Nəsirullayev - şəhər sakini : Bu yaxınlarda da elə mən kirayə axtarırdım. Özüm kirayədə yaşıyanam. Gettim ev sahibi ilə danışdım ki mən kirayə istiyirım.Amma qanunu şəkildə.Ev sahibi boyun qaçırdıki yox, özümüz öz aramızda danışaq həll edək.Mən də məcbur etdim, bu gün , sabah nəsə əksik olar, boynumda qalar . Axırda sənədlə evi kirayə götürdüm.Hal haxırda da orda yaşayıram.

Evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bu  həm ev sahiblərinin və kirayəçilərin hüquqları baxımından risk yaradır, həm də kirayə bazarına nəzarət etməyə, bazar iştirakçılarını vergiyə cəlb etməyə mane olur.

Elnur Fərzəliyev - əmlak məsələləri üzrə ekspert : Notarial qaydada bağlanılmış müqavilədə hər iki tərəfin öhtəlikləri qeyd olunur və hər iki tərəf  onların üzərinə düşən öhtəliklərindən məlumat aldıqdan sonra  imzalayırlar.Əksər hallarda şahidi oluruq ki vətəndaş kirayə mənzil və ya qeyri yaşayış obyekti götürən zaman bəlli bir zamandan sonra əmlkasahibi qiymət artırır və ya kirayə götürənin həmin əmlakdan uzaqlaşmasını  tələb \edir.Əgər onların aralarında bağlanılan müqavilə rəsmi olarsa təbii ki artıq heç bir tərəf biri digərinin hüquqlarını poza bilməz.

Şifahi razılaşmalarda yazılı müqavilələrin olmaması hüquqi mübahisələrdə ciddi problemlərə səbəb ola bilər. Mülk sahibi və kirayəçi arasında razılaşmalarda fikir ayrılıqları yarandığında, hüquqi tərəfdən mübahisəni həll etmək çətindir.

Camal Məmmədov - hüquqşünas : Hazırda ölkəmizdə bir şəxs  öz əmlakında, yəni mülkiyyətində olan  evini digər şəxsə kirayə verərkən  kirayə müqavilələrinin bağlanılmaması müşahidə olunur.Bununla vergini ödəməkdən  yayınması əmələ gəlir. Dövlət büdcəsindən ödənilməli olan vergilərin yayındırılmasına görə həmin şəxslər məsuliyyət daşıyırlar və onlara qarşı  vergi məcəlləsində müəyyən olunmuş sanksiyalar  tətbiq edilir.Mənzil kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər  olduğu halda kirayə haqları  hesablanması  və ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1- ci maddəsinə əsasən həyata keçirilir.

Əgər vətəndaş uzun müddət bir yerdə yaşayırsa, orada qeydiyyata düşməlidir. Kirayə belə olsa yaşadığı ev sahibi ilə arasında qanuni şəkildə müqavilə bağlamalıdır. Bununla da həmin ərazidə uşaqlarını bağçaya, məktəbə qoya, seçkilərdə iştirak edə, banklardan, mağazalardan kredit götürə bilər.