Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyit qalıqları dəfn ediləcək. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Hərbçilər Camalov Elman Hüseyn oğlunun, Əbilov Əbülfəz Əbülfət oğlunun, Hüseynov Cavanşir Ərşad oğlunun və Şirinov Tahir Şirin oğlunun meyit qalıqları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyit qalıqları Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə Davud qızının meyit qalıqları isə Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq. Dəfn mərasimləri sabah baş tutacaq.
- Baxış: 499