• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 14.08.2024 20:02

Saxta pullardan necə qorunmaq olar?

KepezTV Player

Saxta pullar çox vaxt orijinal pullardan fərqli toxunuşa xas xüsusiyyətləri ilə seçilir. Həqiqi pulların xüsusi kağızları olur ki, bu kağızların səthi qeyri-bərabər və bir qədər sərt olur. Saxta pullar adətən daha hamar və adi kağızlardan hazırlanır. Pulun toxunuşunu yoxlayaraq, onun orijinal olub olmadığını müəyyən etmək mümkündür. Buna baxmayaraq insanlar tərəfindən saxta pullara aldanma hallarına hələ də rast gəlinir.

İsa Zeynalov - şəhər sakini : Birinci materialına baxıram, İkinci günəşə tuturam işıqda baxıram, 3-cü əlimdə yoxlayıram və  yazılarına fikir verirəm. Xüsusilə də möhürünə fikir verirəm. Bir dəfə kiçik bir dükan idi.50 manat pul vermişdim,xırdaladı  pul qaytardı. Pula belə baxdım  nəsə əlimlə yoxladım, işığa tuttum gördüm pulun material adi kağız kimidi.Şübhələndim dedim pulumu dəyişin. Satıcı da dəyişdi.

Nizamət Nəcəfov - şəhər sakini : Bazara  heyvan təsərrüfatı da aparıram.Aparanda  pullara baxıram. Ağ bir parçaya  tuturam silirəm onu. Onun ləkəsi çıxır, rəngi çıxır istər istəməz.Nəmləndirib silirəm.Rəngi çıxanda götürmürəm.Bir dəfə tanışımın qarşısına çıxıb gecə vaxtı olub.Heyvan aparıb satmağa, elə pulun arasında saxta pul veriblər.

Zeynal Vəliyev - şəhər sakini : Ümumiyyətlə  alış-veriş etdikdə və ya mağazalara daxil olduqda adətən pulların əlimlə keyfiyyətinə fikir verirəm.İşığa tutub  onların rənginə baxıram eyni zamanda kağızın  rənginə baxdıqda bunları ayırd etmək olur.Tanışlarımın  çox başına gəlib ancaq şükürlər olsun ki mənim başıma belə bir hadisə gəlməyib.

Pulla aktiv təmasda olan satıcılar saxta pullarla mübarizə üçün daha tədbirli olmalıdırlar. Müştərilərdən qəbul etdikləri pulların həqiqi olub olmadığını yoxlamaq və potensial zərərləri heçə endirmək üçün həm şəxsi yoxlama metodlarından, həm də texnoloji vasitələrdən istifadə etməlidirlər.

Kübra Məhərrəmova - satıcı : Hər bir kassada pul aparatı var yoxlamaq üçün böyük əskinaslar gələndə əsasən onları yoxlayırıq.Bəzi hallarda istinad olaraq  xıda pullarda da olur saxta pullar.Onda aparatla  yoxlayıb dəqiqləşdiririk.Bir dəfə böyük əskinas olmayıb,xırda əskinas olub  20 manat , gətirib vermişdilər. Əvvəla şübhələndim, sonra aparatda yoxladım ki saxtadı. Adminstratorumuzu çağıdrım , hada sonra hüquq mühafizə orqanlarına bildirdik ki bu pul saxtadır.

Əli Quliyev - satıcı : Birinci  növbədə pulu əlimizə alanda hiss edirik kağızın materialından, formasında hiss edirik. İkinci növbədə də aparatda yoxlayırıq, saxta olub-olmamağını yoxlaya bilirik.Başımıza  bir dəfə belə bir hal gəlmişdi.Birinci növbədə müdiriyyətə bildirdik, daha sonra onlar lazımi olan qurumlara bildirdilər.

Saxta pullara aldanmamaq üçün diqqətli və ehtiyatlı olmaq vacibdir. Həqiqi pullarla saxta pulları ayırd etmək üçün bir neçə sadə qaydaya əməl edərək, əhali arasında pul dövriyyəsinin təhlükəsizliyini təmin etmək mümkündür.

Məsim Abadov - müstəqil ekspert : Pulun kağız materialı bilrisiz ki su kağızları deyirlər ona .Onıar suda  əzilməyən, çürüməyən, tökülməyən rəngi getməyən kağızlardır.Ona görə onları ancaq əllə, barmaqla hiss etmək olar ki bu kağızın keyfiyyəti həmin su kağızının keyfiyyətidir.İkinci orda xüsusi holoqramlar olur, xüüsusi rənglər olur , rəng dəyişən emblemlər olur ki onla bilinir və ən çox pul kağızlarının üzərində bir neçə yerdə  rifli çıxıntılar olur.Adətən iri məbləğlər olduqda onu aparıb böyük marketlərdə , banklarda verib ordasaydırmaq olar.Pul maşını dərhal saxtanı kənarlaşdırır.Amma belə gündəlik həyatımızda çox halda olur ki  bu saxta pullarla rastlaşırıq.

Hüquq mühafizə orqanlarının saxta pullarla mübarizə üzrə həyata keçirdiyi tədbirlər çoxşaxəlidir və bu tədbirlər cinayətkar fəaliyyətlərin qarşısını almaq, iqtisadi stabilliyi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədini güdür.

Eşqin Qasımov - telefon : GŞBPİ əməkdaşları  tədavüldə olan saxta pul əskinaslarını müəyyən olunaraq   həmin pul əskinaslarını  hazırlayan  şəxslərin məsuliyyətə cəlb olunması  istiqamətində də  tədbirlərini davam etdirir.Digər  cinayətlərlə müqayisədə bu cinayət növü azlıq  təşkil edir. Vətəndaşlardan da  xahiş olunur  ki hər hansı bir şübhəli pul əskinası aşkarladıqda hərha l DİN-nin 102 zəng mərkəzinə müraciət  etsin və aidiyytəti üzrə polis əməkdaşları həmin saxta pulları hazırlayan şəxs və ya şəxslərin  müəyyən olunması və saxlanılması  istiqamətində müvafiq tədbirlər görəcəkdir.

Saxta pullarla qarşılaşdığınızda, dərhal müvafiq orqanlara müraciət etmək və təhlükəsizlik tədbirlərini izləmək ən yaxşı həll yoludur. Bu cür tədbirlər həm şəxsi təhlükəsizliyiniz, həm də iqtisadi sistemin sağlamlığı üçün əhəmiyyətlidir.