“Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq". Bu sözləri Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, idmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim ediblər.Daha sonra dövlətimizin başçısı Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.
- Baxış: 428