• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 02.08.2024 18:56

Qazaxın azad olunan kəndində mina partlayıb, xəsarət alanlar var

KepezTV Player

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu ilin 19 aprel tarixində əldə olunan razılaşma əsasında ölkəmizə geri qaytarılan Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılan minalar partlayıb. Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar. Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar. Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Həyatları üçün təhlükə yoxdur.

Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.