• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 01.08.2024 19:16

Uşaqlar sosial şəbəkələrdən neçə yaşından sonra istifadə edə bilərlər?

KepezTV Player

Məlumdur ki, artıq 2 yaşında uşaqlar belə, telefon, tablet və.s kimi elektron cihazlarla tanışdırlar. 5 yaşlarında və bəzən daha tez sərbəst şəkildə bu cihazlardan istifadə edə bilirlər. Sosial şəbəkələrə daxil olub, önlərinə gələn foto və videolara heç bir məhdudiyyət olmadan baxırlar. Hətta artıq bir çoxunun şəxsi hesabı da var.

Ekspertlər deyir ki, uşaqlar yetkinlik yaşına çatmadan sosial şəbəkələrdən istifadə etməməlidirlər. Çünki, onlar bəzi insanların paylaşımlarını görüb travma ala bilərlər. Eyni zamanda hansısa mənfi hadisənin təsirinə düşərək onu təkrarlaya bilərlər. Sosial şəbəkələrdə tanış olduqları, qiyabi tanıdıqları şəxslərin "toruna" düşə bilərlər.

Taciyə Mehdisoy- psixoloq: Uşaqların bundan istədiyi kimi istifadə etməsi, artıq valideynin kontrolundan çıxması anlamına gəlir. Nəzərə alsaq ki, onlar həm yaşıdları, həm də yaşından böyük insanlar tərəfindən narahatverici bir duruma düşə bilərlər, idarə oluna bilərlər, valideynlər bunu nəzərə alsa, uşaqların üzərindəki nəzarəti yenidən geri qaytara bilərlər. Bəzi şeylər var ki, biz onlarla rastlaşdıqdan sonra geriyə dönüşümüz çox çətin olur. Belə ki, uşaq olaraq azadlığı, öz səhifəsində olan rahatlığı paylaşdıqlarında öz ixtiyarı özündə görməsi valideynlə arasında uçurum yarada bilir. Bir yerdən sonra valideyn ona heç bir şeyi diktə edə bilmir, söz söyləyə bilmir, fikrinə qarışa bilmir.​

Mütəxəssislər deyir ki, sosial şəbəkələrin əksəriyyətində yaş məhdudiyyəti gözlənilmir. Buna görə də valideynlər uşağın yaşına uyğun şəbəkələrin qarşısına çıxmasını təmin etməlidilər. Bunun üçün onlar övladlarının yaşını qeyd edərək xüsusi hesablar yaratmalıdırlar. Belə olduqda avtomatik sosial şəbəkələrə də giriş məhdudlaşır.

Şahin Rzayev- İT mütəxəssisi: “Son zamanlar sosial şəbəkələrdən azyaşlıların istifadəsi çox qeydə alınır. Baxmayaraq ki, onların yaşları buna yetmir, amma yenə də hər birinin bir neçə profilləri var. Biz belə olduqda valideynlərə tövsiyə edirik ki, uşağa telefon verdikdə, onlara yeni hesab açanda azyaşlının yaşı orada qeyd olunsun. Çünki belə olanda onların yaşına uyğun cizgi filmləri izləyə bilərlər, onlar yaşına uyğun olmayan sosial şəbəkələri və videogörüntüləri istəsələr də görə bilməyəcəklər.

Bu gün valideynlərin böyük əksəriyyəti özü telefonu uşağa verir ki, “başı qarışsın”. Sonra isə şikayət edir ki, uşaq telefona çox baxır, ondan asılı hala düşüb. Bütün hallarda uşaqlarla bu cihazlar arasında müəyyən sərhədlər qurmaq lazımdır. Əks halda gələcəkdə fəsadları ağır ola bilər.