KepezTV Player
Gəncə Dövlət Universitetində yay məktəbinə start verilib. 5 gün ərzində ölkə universitetlərinin nümayəndələri elmi-tədqiqatların idarə edilməsi, tədqiqat nəticələrinə açıq çıxışın təmin edilməsi və ali təhsil müəssisələri arasında elmi əlaqələri gücləndirəcəklər. “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” layihəsi çərçivəsində reallaşan yay məktəbində universitetlərin tədqiqat potensialının artırılması da diqqət mərkəzində olacaq.
Aişə Rzayeva
- Baxış: 364