KepezTV Player
Sabirabad rayonunun Zalqarağac kəndində bədbəxt hadisə baş verib. Bala Həşimxanlı kənd sakini, 2019-cu il təvəllüdlü Yusif Telxas oğlu Penciyev valideyinləri ilə babasıgilin yaşadığı kəndə qonaq gəlib. Nəzarətdən yayınan Yusif yaxınlıqdakı su kanalına düşüb. Onu axtaran valideyinləri Yusifin boğulmuş vəziyətdə cəsədini su kanalında aşkarlayıblar. Yusif gənc ailənin yeganə övladı olub.
- Baxış: 813