• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 24.07.2024 17:53

Dövlət sərhədi pozulub, DSX-nin iki əməkdaşı xəsarət alıb

KepezTV Player

“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar. Sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib. Sərhəd  naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib. Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Vüsalə Cənnətova