Mərkəzi Seçki Komissiyası seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verib. Ali Məhkəmə və apelyasiya məhkəmələri ilə birgə keçirilən layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrin növbətisi Gəncədə baş tutub. Gəncə şəhəri ilə yanaşı, Qərb və Mərkəzi Aran bölgəsində yerləşən 27 Dairə Seçki Komissiyasının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyi diqqətə çatdırılıb və bununla əlaqədar zəruri tövsiyələr verilib. Seminar-müşavirə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
Vüsalə Cənnətova
- Baxış: 322