• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 23.07.2024 18:24

Prezident İlham Əliyev bir sıra sənədlər imzalayıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərmanında əksini yapıb. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Dövlət başçısı Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam da imzalayıb.

Bundan başqa, Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə isə 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq. Eyni zamanda yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. 

Vüsalə Cənnətova