KepezTV Player
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax sakini Rəhim Rəhimovu vurub. Həkimlərin səyinə baxmayaraq 92 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Səyalı İsmayılova- həkim: “Bu gün 12:25 radələrində acil şöbəsinə təcili yardımla xəstə gəldi. Kişi cinsi idi. Vəziyyəti ağır idi. Sağ budun açıq sınığı, sol baldır sümüyünün sınığı, huşu aydın idi, amma təzyiqi düşürdü. Özü Qazax sakini olduğu üçün yaxınları təkidlə Qazaxa aparmaq istədilər və Qazax rayonuna göndərdilər. Eşitdiyimizə görə orada rəhmətə gedib”.
Vüsalə Cənnətova
- Baxış: 742