Bloomberg saytının vermiş olduğu məlumata əsasən bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyəri 1.38 milyard dollar təşkil edib. Bu isə keçən ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyərindən iki dəfə çoxdur. Məlumatda qeyd edilib ki, oğurlanmış kriptovalyutaların 70%-i baş vermiş 5 böyük kiberhücum sayəsində oğurlanıb. Bununla belə bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyəri 2022-ci ilin ilk 6 ayında oğurlanmış kriptovalyutaların ümumi dəyərindən (2 milyard dollar) aşağı olub. Bununla belə 2024-cü il kriptovalyutaların qiymətlərində sürətli dəyişim prosesi mövzusunda unikal il olub. Bu cür hal sonuncu dəfə 2021-ci ilin ikinci yarısında müşahidə edilmişdi. Analitiklərin fikirlərinə əsasən yüksək qiymətlər kriptovalyutaların oğurlanma həcmlərini stimullaşdırır.
Bu il ən böyük kiberhücumu Yaponiyanın DMM Bitcoin adlı kriptovalyuta birjasına edilib. Bu kiberhücum nəticəsində ümumi dəyəri 300 milyon dollar təşkil etmiş 4500-dən çox token oğurlanıb. Bu kiberhücumun təfərrüatları isə hələ də məlum deyil.
- Baxış: 1519