• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 18.07.2024 19:31

Oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb

KepezTV Player

Tovuzun Aşağı Öysüzlü kəndində evin yanması və içəridən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Polis hadisənin törədilməsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ələkbərovu saxlayıb. Məlum olub ki, o, içərisindən 39 min manat oğurladığı evi yandırıb. Həmçinin, Ələkbərovun iyulun 15-də rayon ərazisində daha bir evdən pul və elektron saat oğurladığı və onu yandırmağa cəhd göstərdiyi müəyyən edilib. Şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Vüsalə Cənnətova