Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən və 31 ildən sonra kimliyi müəyyənləşdirilən Akif İlyas oğlu Abbasovun qalıqları dəfn edilib. Daşkəsən rayonunun Əhmədli kənd sakini olan şəhidin nəşinin qalıqları Gəncədəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Daşkəsən və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Akif Abbasov 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda ali zirvəyə ucalan igid Bərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi. Tədbirdə hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Akif Abbasovun qardaşı Nizaməddin Abbasova təqdim edilib.
Orxan Cəfərzadə
- Baxış: 300