• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 12.07.2024 19:23

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlər dəfn ediliblər

KepezTV Player

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər doğma diyarlarında dəfn ediliblər. Şəhid Uğur Dadaşov, Rəhim Doluxanov, Telman Tağıyev, Sərvər Abbasov, Ədalət Məmmədov və Qərib Mustafayev də Xocavəndin Qaradağ kəndindəki Şəhidlər Xiyabanında dəfn ediliblər. 

Gülnarə Bayramova- şəhid Rəhim Doluxanovun bacısı: “Nakam qardaşımı torpağın altına qoymuşuq, ona şükr eləyirik. Bundan qürurlu bizə nə lazımdır?! Onlar 32 ildir kəfənə bükülmürdü. Qəbir tapıb ağlaya bilmirdik, erməninin əlində qalmışdı”.

Şəhid Muğan Əliyevin qalıqları Füzuli şəhəri Şəhidlər Xiyabanında torpağa tapşırılıb. O, 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən kəndində itkin düşübmüş.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfiyyə Rəhimova və oğlu Müsaddin Rəhimovun qalıqları isə Saatlının Orta Muğan kəndində dəfn olunub.

Vüsalə Cənnətova