• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 11.07.2024 19:19

Azərbaycan Prezidenti Pakistanda dövlət səfərindədir

KepezTV Player

Prezident İlham Əliyev Pakistana dövlət səfərinə gedib. Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Prezident İlham Əliyevi Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb. 

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.

Prezident İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib, önünə əklil qoyub. Sonra Fatihə surəsi oxunub. Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il martın 23-də açılışı olub.

Pakistanda dövlət səfərində olan Prezident İlham Əliyevin İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti qarşılayıb.

Prezident İlham Əliyevin Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

Ardından geniş tərkibdə görüş keçirilib. Prezident İlham Əliyev və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Vüsalə Cənnətova