• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 11.07.2024 18:22

Zavodda 53 nəfərin kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb

KepezTV Player

Dünən Sumqayıtdakı zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı müəssisənin 48-i kişi, 5-i qadın olmaqla 53 əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib. Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hazırda vəziyyətləri normaldır.

Aysel Həsənova- Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru: “İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib. Müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət məcəlləsinin 314.1-ci - səhlənkarlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq işi aparılır”.

İlkin Kərimov- Qida Təhülkəsizliyi Agentliyinin mətbuat katibi: “Agentliyin müfəttişləri tərəfindən yeməkxanada olan müxtəlif qida məhsullarından nümunələr götürülüb. Müvafiq analizlərin aparılması məqsədilə labarator müayinələrə cəlb edilib. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam edir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Vüsalə Cənnətova