KepezTV Player
Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib. Dövlət başçısı vurğulayıb ki, qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlər yaradır. Azərbaycanın ABŞ ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev ABŞ-nin COP29-a, ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyini yüksək qiymətləndirib.
Vüsalə Cənnətova
- Baxış: 505