• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 04.07.2024 10:29

"Apple" yeni nəsil əməliyyat sistemləri hazırlayır

"Apple" şirkəti yeni nəsil əməliyyat sistemlərinin hazırlanması prosesinə başlayıb. Bu barədə Blomberg məlumat yayıb. Köşə yazarı Mark Qurmanın sözlərinə görə, şirkət rəsmi olaraq yeni əməliyyat sistemlərinin yaradılması prosesinə başlayıb.

Bunlara iOS 19, watchOS 12, macOS 16 və visionOS 3 - smartfonlar, ağıllı saatlar, kompüterlər və qarışıq reallıq qulaqlıqları üçün sistemlər daxildir.

Qurman qeyd edib ki, ƏS-nin qaralama versiyaları artıq kod adlarını alıb. Beləliklə, iOS 19-a “Luck”, macOS 16-ya “Cheer” kimi adlar verilib.

Mütəxəssisin sözlərinə görə, şirkət hələ iOS 18 və digər məhsulların ictimai versiyalarını təqdim etməməsinə baxmayaraq, yeni sistemlər üzərində iş başlayıb.