• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 03.07.2024 19:03

Bələdiyyə torpaqlarını satan sədr barədə cinayət işi başlanıb

KepezTV Player

Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. İslam İmanlının  Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Vüsalə Cənnətova