• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 02.07.2024 10:31

Everest dağında ilk dron çatdırılması reallaşdırılıb

DJI, Everest dağında dünyanın ilk uğurlu çatdırılma dronunun sınaqlarını keçirmək üçün yerli tərəfdaşlarla əməkdaşlıq edib. Bunun sayəsində, çatdırılma müddətləri əhəmiyyətli dərəcədə qısaldılıb.

Çin-Nepal sərhəddində yerləşən və 8848 metr zirvəsi ilə dünyanın ən böyük dağı olan Everest dağı, bütün texnoloji irəliləyişlərə baxmayaraq, insanlar üçün dünyanın ən təhlükəli yerlərindən biri olmaqda davam edir. Everest dağını daha təhlükəsiz yerə çevirmək üçün DJI və Nepaldakı yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində çatdırılma proqramı həyata keçirilib. Layihə çərçivəsində dünyanın ilk uğurlu dron çatdırılması Everest dağında reallaşdırılıb.

Everest dağı insanların yaşaması üçün əlverişsiz bir yer hesab olunur. Məlum olduğu kimi, 1920-ci illərdən bəri Everest dağında 340-dan çox alpinist həyatını itirib. Texnologiyanın xeyli irəliləməsinə baxmayaraq, 2024-cü ildə 8 nəfər dağa dırmaşarkən həyatını itirib. İlk dəfə olaraq, dağdakı prosesləri və ətraf mühiti yaxşılaşdırmaq üçün DJI, Airlift, 8KRAW və Nepal sertifikatlı dağ bələdçisi Mingma Gyalje ilə birgə pilotsuz təyyarələrin tədarükü həyata keçirilib. Sınaqlarda 15 kq yük daşıya bilən və ekstremal şəraitə davamlı DJI FlyCart 30 aparatından istifadə edilib. Sınaqlar zamanı Everest Baza Düşərgəsindən 5300-6000 m hündürlükdəki 1 saylı düşərgəyə 3 oksigen balonu və 1.5 kq ağırlığındakı digər ləvazimatlar daşınıb. Dönüş yolunda isə buradakı zibil baza düşərgəsinə aparılıb. Baza düşərgə ilə Düşərgə 1, dırmaşmanın ən çətin və təhlükəli mərhələlərindən biridir. Helikopterlər nəzəri olaraq Khumbu Buz Şəlaləsi ilə ayrılan düşərgələr arasında istifadə oluna bilər, lakin bu maşınlar, xərclər və təhlükələr səbəbindən nadir hallarda istifadə edilir.  Buna görə də, Everestdə ləvazimatların daşınması və zibillərin təmizlənməsi məsuliyyəti, oksigen balonları, qaz balonları, çadırlar, qida və iplər kimi ləvazimatları daşınması mövsümdə 30 dəfədən çox buz şəlaləsini keçən yerli Sherpa bələdçiləri tərəfindən həyata keçirilir. Bu səfərlərin hər biri təxminən 6-8 saat çəkir. Testlərin bir hissəsi olaraq, DJI-nin dəyişdirilməmiş dronu gediş-gəlişi cəmi 12 dəqiqəyə tamamlayır. Nepal hökuməti, uğurlu sınaqlar səbəbindən mayın 22-dən Everestin cənub yamaclarında pilotsuz təyyarələrin çatdırılması əməliyyatlarına başlamaq üçün yerli dron xidməti şirkəti ilə razılaşıb. DJI-nin aprel ayında tamamlanan testlərindəki müvəffəqiyyəti sayəsində səyahətlər artıq daha təhlükəsiz hala gəlib.