KepezTV Player
Daşkəsənin Bayan kəndində leysan yağışlardan sonra qaya uçqunu baş verib. Gəncə-Daşkəsən avtomobil yolunun həmin ərazidən keçən hissəsinə qaya parçaları və torpaq axıb. Yol qismən bağlanıb, nəqliyyat vasitələrinin hərkətində tıxac yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikalar cəlb olunub. Uçqunun fəsadları aradan qaldırılıb, hərəkət bərpa olunub. Xəsarət alan olmayıb.
Vüsalə Cənnətova
- Baxış: 917