• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 28.06.2024 18:50

İtkin düşən hərbçinin qalıqları dəfn edilib

KepezTV Player

Bakıdakı 1-ci Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovun qalıqları Şəmkir rayonuna gətirilib. Şəhidin nəşi Mehrili kəndində ailəsinə təhvil verilib. Doğmaları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən igid, kənd qəbiristanlığında dəfn olunub. Əhliman Əsgərov 1992-ci il sentyabrın 29-da 20 yaşında Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Azad Mustafayev