• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1553
— 27.06.2024 19:28

Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları doğulduğu kənddə dəfn olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, 32 ildən sonra Bakı şəhərində 1-ci Şəhidlər Xiyabanında dəfn yeri müəyyən edilən şəhid Zeynalov Ucar Fidail oğlunun qalıqları ailəsinə təhvil verilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlə vida mərasimi doğulub boya-başa çatdığı Göygöl rayon Pənahlılar kəndində keçirilib. Rayon rəhbərliyi, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, kənd sakinlərinin iştirak etdiyi dəfn mərasimində canını Vətən uğrunda fəda edən hərbçimiz vətənpərvərlik şüarları ilə son mənzilə yola salınıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəş açılıb, üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim olunub. Ucar Zeynalov 19 iyul 1992-ci il tarixdə, 19 yaşında Ağdərə rayonunun Həsənriz kəndində gedən döyüşlərdə itkin düşübmüş.

Orxan Cəfərzadə