• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1461
— 26.06.2024 20:09

Üç nəfər bıçaqlanıb, onlardan biri ölüb

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gülmira İbrahimova- həkim: “Xəstə - 1959-cu il təvəllüdlü Quliyev Mahir Rüstəm oğlu 17:32 radələrində A.Səhhət adına xəstəxanaya daxil olmuşdur. Xəstə daxil olarkən diaqnoz qarının açıq yarası, iti alət yaralanması olmuşdur. Dərhal əməliyyata alındı. Məlum oldu ki, 2 ədəd bıçaq yaralanmasıdır. Yaranın biri daxilə nüfuz edib.Cərrahi əməliyyat olundu. Hal-hazırda vəziyyəti orta-ağır olaraq qalır”.

Pərvin Abbaszadə