• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 26.06.2024 18:20

Universitetin 1750 tələbəsi məzun oldu

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil müəssisəsini bu il bitirən məzunlar üçün "Məzun günü" tədbiri keçirilib. Açıq havada təşkil edilən tədbirdə bakalavr və magistratura pilləsindən məzun olan tələbələrə təbriklər çatdırılıb. Aqrar Universitetin hər zaman məzunlarının yanında olduğu və uğurları ilə fəxr etdiyi vurğulanıb. Məzunlara gələcək həyatlarında uğurlar arzu edilib. Universitetdə ixtisaslı kadr hazırlığı üçün bütün şəraitin yaradıldığı və professor-müəllim heyətinin bu istiqamətdə yorulmaz fəaliyyəti qeyd edilib. Elm ocağını bitirən gənclərin çalışdıqları müxtəlif sahələrdə aqrar universiteti qürurla təmsil edəcəklərinə əminlik ifadə olunub. Daha sonra təhsilini yüksək göstərici ilə başa vuran fakültə birincilərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub. Təltiflərdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri kötüyü ali məktəbi birinciliklə bitirən məzunun adının həkk olunması üçün səhnəyə gətirilib. Məzun Əli Xudiyev adını fəxri kötüyə həkk edib. Rəsmi hissədən sonra əyləncəli konsert proqramı olub. Bir-birindən maraqlı ifalar və audiovizual effektlər konsertə xüsusi rəng qatıb. Tədbir atəşfəşanlıqla başa çatıb.

Pərvin Abbaszadə