• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 20.06.2024 18:26

Avtomobili yay mövsümünə necə hazırlamaq lazımdır?

KepezTV Player

Havaların istiləşməsi nəqliyyat vasitələrində bir sıra dəyişiklikləri labüd edir. Avtomobillərin yay rejiminə hazırlanması kimi məsələlərin önündə isə kondisionerin normal fəaliyyəti gəlir. Hansı ki, bu ərəfədə ustaların qəbuluna düşmək mümkün deyil. 

Ustalar deyir ki, avtomobili yay rejminə hazırlamaq önəmli amil hesab olunur. Çünki isti günlərdə qəzaların və nasazlıqların başvermə ehtimalı artır. Mühərrikə düzgün və vaxtında qulluq etmək lazımdır. İsti havalarda şinlərin təzyiqi tez-tez yoxlanılmalıdır. Çünki təzyiqi az olan şin kiçik zərbələrdə deformasiyaya uğrayır. Belə olduqda isə sürət zamanı təkər partlayır və qəza qaçılmaz olur. Bundan başqa...

Səid Əsədov- usta: “Yuxarılara qalxanda maşın qızdırır. Ona görə termostatın, antifrizin dəyişməsinə, ventilyatoru açıb-açmamağına baxırıq. Yay-qış bacarasan rezin təkər qoyasan, kapron təkər sürüşmə verir. Yayda hava əvəzinə azot vurmaq lazımdır. Elə olanda təkər sərin olur”.

Avtomobil təmiri sexinə gələn sürücülərlə söhbət zamanı bir qismi nəqliyyat vasitələrini yay rejiminə uyğunlaşdırmaq üçün ustaya gətirdiklərini- indidən bütün lazımi tədbirləri gördüklərini bildirdilər.

Sərxan Həsənov- sürücü: “Ustanın yanına maşın gətirmişik. 5 min km sürmüşük. Yağın vaxtı çatıbdır. Hal-hazırda 5-in 30 ilə əvəz olunur. Dəyişməsək motorda fəsadlar yarada bilər. Eyni zamanda da kondisionerin qazına baxdırırıq, filteri dəyişdiririk, hava filterinə baxdırırıq. Yayda bunların hamısı düzəlməlidir ki, uzaq bir yol gedəndə və ya hava isti olanda fəsad yaratmasın”.

Elmir Qurbanov- sürücü: “Hər yay olduğu kimi, maşının şinlərini yay fəslinə görə dəyişirik. Çünki yayda qış təkəri ilə sürmək olmur. Yayda qış təkəri ilə sürəndə, şin tez yiyilir, əriyib gedir. Ona görə də hər il şinləri dəyişirik. Kondisionerin qazı vurulur, filteri dəyişirilir. Bu hallarda yay fəsli üçün müəyyən işlər görülür”.

Yay aylarında avtomobildə saz vəziyyətə gətirilən daha bir qurğu isə nəqliyyat vasitəsinin kondisioneridir. Ustalar deyir ki, müraciətlərin əksəriyyəti elə bununla bağlı olur.

Vaqif Əliyev- usta: “Kondisioner işlətmək üçün, filterin dəyişməsinə görə müraciət edirlər. Gün ərzində hardasa 15-20 adam müraciət edir”.

Vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə, yay fəslinin yaradacağı çətinliklərdən sürücünün də, avtomobilin də asanlıqla çıxması mümkün olar. 

Aişə Rzayeva