Gəncədə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan konsert proqramı təşkil edilib. Tədbirdə şəhər ictimaiyyəti, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, həmçinin şəhər sakinləri iştirak ediblər. Çıxış edənlər bildirib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş siyasi inkişaf dövlətimizin möhkəmlənməsində və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Heydər Əliyevdən sonra isə bu siyasəti Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiynə diqqət çəkilib. Rəsmi hissədən sonra bayram konsertinə start verilib. Göy-göl Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında xalq və bəstəkar mahnıları ifa olunub. Filarmoniyanın solistləri zəngin repertuarla çıxışlar ediblər.
Aişə Rzayeva
- Baxış: 295