Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Öncə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi dərin ehtiramla anılıb, Heydər Əliyev Mərkəzində ulu öndərin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib. Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi olub. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməklə yeni dövlətçilik məktəbinin banisinə çevrildiyi və fəaliyyəti ilə yeni tarixi dövrün əsasını qoyduğunu vurğulayıb. Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop əsrlərə dayanan Azərbaycan-Türkiyə qardaşlığından danışıb. Ulu Öndər Heydər Əliyevin bu qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində, inkişaf etdirilməsində müstəsna xidmətləri dilə gətirilib. Türkiyə və Azərbaycanın hər zaman bir-birilərinə dəstək olduğu, çətinliklər qarşısında daim məğrur, sarsılmaz mövqe nümayiş etdirdikləri xatırladılıb. Çıxışlarda dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi diqqətə çatdırılıb. Heydər Əliyevin dövlətçiliyimizin qorunması, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etdiyi qeyd edilib. 15 iyunun məhz müasir Azərbaycan dövlətçiliyinin xilası günü olduğuna diqqət çəkilib.
Aişə Rzayeva
- Baxış: 314