• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 13.06.2024 20:49

Xəsarətlə nəticələnən yol qəzası olub

KepezTV Player

Tovuzda yük maşınının əyləcində yaranan problem ağır qəzaya səbəb olub. Bakı sakini 35 yaşlı Elbrus Nurməmmədovun idarə etdiyi "SHAGMAN" markalı yük avtomobili Yuxarı Öysüzlü kəndinin ərazisində su arxına düşüb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Sürücü avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Almaz Əsədova- həkim: “Xəstəxanamıza 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Nurməmmədov Elbrus Məhəmməd oglu avtoqəza nəticəsində aldığı müxtəlif bədən xəsarətləri ilə daxil olmuşdur. Xəstə daxil olarkən vəziyyəti ağır olaraq dəyərləndirilib, ilkin tibbi yardım göstərilib və travmatik şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olaraq qalır”.

Vüsalə Cənnətova