KepezTV Player
Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Təranə Şərifovanın qanunsuz əməlləri ifşa olunub. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən bildirilib. İstintaqla onun 2008-2022-ci illər ərzində 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.
- Baxış: 1051