• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 12.06.2024 18:42

12 ədəd avtomat və tapança satan şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb. Ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanaraq götürülüb. Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Azad Mustafayev