KepezTV Player
Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu Qazaxıstanla keçirib. Macarıstanın Sombatxey şəhərindəbaş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb. Bununla belə, ruhdan düşməyən futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. 51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədə fərqlənən Toral Bayramov imza atıb. Oyun millimizin 3:2 hesablı qalibiyyəti ilə də başa çatıb.
- Baxış: 756