• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 06.06.2024 19:13

Avropa ikincisi "Zəfər tağı"nda qarşılanıb

KepezTV Player

Qrapplinq üzrə Avropa çempionatında gümüş medal qazanan Gəncə idmançısı Nərmin İsgəndərlinin qarşılanma mərasimi keçirilib. Onu Heydər Əliyev Park-Kompleksinin girişindəki “Zəfər tağı”nda idman ictimaiyyətinin nümayəndələri və ailə üzvləri qarşılayıblar. Qitə yarışında uğurlu çıxışına görə idmançı təbrik edilib, ona gələcək yarışlarda daha böyük nailiyyət əldə etməsi arzulanıb. Nərmin İsgəndərli Bakıda keçirilən Avropa çempionatında iki versiyada gümüş mükafata yiyələnib. O, 49 kq çəki dərəcəsində fəxri kürsüyə yüksəlib. Yarışda 20-dək ölkədən 1000-ə yaxın döyüşçü iştirak edib. 

Orxan Cəfərzadə