• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 03.06.2024 19:38

“ECOVELOFEST” təşkil edilib

KepezTV Player

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ECOVELOFEST” keçirilib. Yarış Gəncə-Daşkəsən Regional Təhsil və Gənclər və İdman İdarələrinin dəstəyi və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Velosiped Federasiyası tərəfindən təşkil edilib. Məqsəd regionlardan olan qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək və sağlam həyat tərzinin təbliğidir. Eləcə də bölgələrdə velosiped idmanının təşviq edilməsi məqsədi daşıyan velosiped yarışına 200-dək zərif cinsin nümayəndəsi qatılıb. Yarış Heydər Əliyev Park-Kompleksinin girişindəki Zəfər tağından start götürüb və Nizami prospektindən keçməklə parkın ərazisində 3 km məsafəni əhatə edib. Yekunda ilk 3 pillədə yer alan iştirakçılar mükafatlandırılıb.

Orxan Cəfərzadə