Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Duz, şübhəsiz ki, verdiyi dada görə hər yeməyin ən vacib elementlərindən biri hesab oluna bilər. Ancaq bəzi insanlar sağlamlıq problemlərinə görə duzlu qidalardan uzaq durmalı olur. Normalda pivə şirkəti olan, lakin son vaxtlar səhiyyə sektoruna üz tutan Kirin adlı Yapon şirkəti, bu problemi yeni bir məhsulla həll etməyi hədəfləyir.
Kirin, insanlara duzu bir qaşıqla dadmağa imkan verməyi və sağlam yeməklərin daha çox istehlakını təşviq etməyi hədəfləyir. Şirkət bu ay Yaponiyada qiyməti 127 dollar olan 200 ədəd elektron duz qaşığı satmağı planlayır. Şirkətin əsas məqsədi isə məhsulu dünyanın 4 bir tərəfində satışa çıxaraq 5 il ərzində 1 milyon satışa çatmaqdır. Hazırda şirkətin bu məhsulu, digər ölkələrdə 2025-ci ildə satışa çıxarması gözlənilir.
Plastik və metaldan hazırlanmış qaşıq, İqnobel mükafatını qazanan Meiji Universitetinin tədqiqatçısı və yapon professoru Homei Miyashita ilə birgə hazırlanmışdır. Texnologiya, duzluluğu aşkar etmək üçün zəif elektrik yükünü ötürməklə dilin üzərindəki natrium ion molekullarını artırır. Qaşığın çəkisi isə 60 qramdır və təkrar doldurulan litium batareya ilə təchiz edilmişdir. Araşdırmalar nəticəsində qaşığın duz hissiyatını 50%-ə qədər artırdığı müşahidə edilib. Bu da duzlu yeməklərdən uzaq olan, lakin yemək istəyən şəxsləri sevindirəcək kimi görünür.
Təbii ki, bu məhsulun, artıq duz istehlakını azaltmaq istəyən sağlam insanlar üçün də faydalı ola biləcəyini qeyd etmək lazımdır.
- Baxış: 498