• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 30.05.2024 20:11

Prezident: "Torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət kəsb edir"

KepezTV Player

Azərbaycan ərazisinin təxminən 12 faizi 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Bu məlumat Prezident İlham Əliyevin Zəngilanda III Beynəlxalq Humanitar Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində yer alıb."2020-ci il 10 noyabrdan 2024-cü il mayın 28-dək 361 nəfər mina qurbanına çevrilib. 68 nəfər ölüb, 293 nəfər yaralanıb. Torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət kəsb edir", - deyə dövlətimizin başçısı qeyd edib. 

Vüsalə Cənnətova