• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 30.05.2024 19:08

"Cücələrim" Uşaq Festivalı başlayıb

KepezTV Player

Azərbaycanda ilk dəfə olaraq Gəncədə Qəmbər Hüseynli adına 1-ci "Cücələrim" Uşaq Festivalı keçirilir. Bu gün başlayan festival Mədəniyyət Nazirliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşır. Tədbir çərçivəsində təşkil edilən ilk konsert proqramında Gəncə və ətraf rayonların musiqi, incəsənət, rəssamlıq məktəblərinin yetirmələri bacarıqlarını göstəriblər. Azyaşlılar müxtəlif musiqi alətlərində ifa ediblər, xalq mahnıları oxuyublar, eyni zamanda əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Festival 3 gün davam edəcək. Sonuncu gün, yəni iyunun 1-də uşaqların musiqi paradı keçiriləcək.

Orxan Cəfərzadə