• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 29.05.2024 19:42

Litva Azərbaycanın Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir

KepezTV Player

Litva Azərbaycanın Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Bu fikirlər Litva Prezidenti Gitanas Nausedanın Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb. Litva lideri sərhədlərin delimitasiyası ilə bağlı əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışladığını bildirib. Dövlətimizin başcısı isə Gitanas Nausedaya ünvanladığı məktubda onu prezident vəzifəsinə yenidən seçilməyi münasibətilə də təbrik edib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun, Slovakiya Prezidenti Zuzana Çaputova, Estoniya Prezidenti Alar Karis, Polşa Prezidenti Andjey Duda və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ölkəmizin milli bayramı ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib. COP29 çərçivəsində əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu fikirlər isə Prezident İlham Əliyevin Azərbaycan - Keniya diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar keniyalı həmkarı Uillyam Samoei Rutoya təbrik məktubunda deyilir. 

Fərid Mehdiyev