• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 28.05.2024 19:06

Fiziki tərbiyə müəllimləri üçün futbol çempionatı təşkil edilib

KepezTV Player

Daşkəsən Regional Gənclər və İdman və Təhsil İdarələrinin təşkilatçılığı ilə mini-futbol üzrə Gəncə şəhər çempionatı reallaşıb. Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə məktəblərin fiziki tərbiyə müəllimləri arasında keçirilən yarışda 4 komanda – “Kəpəz”, “Nizami”, “Yüksəliş” və “Zirvə” komandaları mübarizə aparıb. Birinciliyin finalında “Nizami” kollektivi “Yüksəliş”ə qalib gərələk çempion adını qazanıb. “Zirvə” isə 3-cü yeri tutub. Qalib və mükafatçılar diplom və kuboklarla təltif ediliblər.

Orxan Cəfərzadə