• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 28.05.2024 19:05

İdman yarışı keçirilib

KepezTV Player

Gənclər və İdman və Daxili İşlər Nazirliklərinin birgə təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında yarış keçirilib. Heydər Əliyev Park-Kompleksinin ərazisində reallaşan yarış kross qaçışı və turnikdə dartınma hərəkətləri üzrə olub. Məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların Daxili İşlər Nazirliyi sistemində xidmətə həvəsləndirilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasından ibarətdir. Yarışa ümumilikdə 70 iştirakçı qatılıb. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Orxan Cəfərzadə