KepezTV Player
İmişlidə baş vermiş xüsusilə ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi müəyyən edilib. Sonuncunun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr ortaya çıxıb. Hər 3 şəxs barəsində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 867