Kür çayının daşması nəticəsində Tovuzda fəsadlar yaranıb. Kür məcrasından 2 kilometrə qədər kənara çıxıb. Nəticədə rayonun Hunanlar kəndi ərazisində Kürətrafı əkin, taxıl sahələri, bağlar və biçənəklər sel sularının altında qalıb. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür. Bundan başqa, Kürətrafı meşəlikləri də sel suları basıb. Əhaliyə dəyən maddi ziyanla bağlı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən ərazilərə baxış keçirilib.
Azad Mustafayev
- Baxış: 208