• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 27.05.2024 19:50

“Gəlin birlikdə qaçaq” adlı marafon

KepezTV Player

Gənclər və İdman Nazirliyi  və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Gəncədə kütləvi qaçış tədbiri keçirilib. Müstəqillik Gününə həsr olunmuş qaçış “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında keçirilib. Yarışda respublikanın müxtəlif regionlarından olan 400-ə yaxın iştirakçı mübarizə aparıb. Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdə Samir Hüseynov, qadınlarda isə Anna Yusupova mütləq çempion adını qazanıb. Region iştirakçıları isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Burada Ümid İbrahimov və Nurtac Qarayevanın qələbəsi qeydə alınıb.

Aişə Rzayeva