• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 25.05.2024 18:52

Türk mətbəxinin təamları təqdim olunub

KepezTV Player

Yüz illərdən bəri mədəni irs, adət-ənənə, hekayə və dərin bir təcrübənin əsəri olan zəngin türk mətbəxi. Bərəkətli bir süfrə ilə misilsiz macərasını dünya ilə bölüşən Türkiyə Gəncədə də ləziz təamlarını təqdim edib. Zəngin kulinariya ənənələri mədəniyyəti “Türk Mətbəxi” həftəsi çərçivəsində Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub. Həftə çərçivəsində qonaqlar, qədim türk mətbəxinin misilsiz reseptləri ilə tanış olub. Bu il özünəməxsus mətbəxi ilə məşhur bölgələr arasında yer alan Ege, UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” olaraq qəbil edilir. “Aralıq dənizi pəhrizi”nin hakim olduğu sahillər müxtəlif növ tərəvəzləri, otları və dəniz məhsullarının bolluğu ilə məşhurdur. Ege bölgəsi eyni zamanda əsirlik zeytun ağacları ilə uzunömürlülüyün sirri olan zeytun yağı möcüzəsini də ortaya qoyan bölgədir. Ege bölgəsinin misilsiz mətbəxi, özünəməxsus 18-dən artıq yeməyi ilə diqqət çəkib.

Fərid Mehdiyev