• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 23.05.2024 19:50

Aşıq Şəmşirə həsr olunan gecə

KepezTV Player

“Musiqi kimliyimiz” layihəsi çərçivəsində 20-ci əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin xatirəsinə həsr olunan ədəbi-bədii gecə keçirilib. Gəncə Dövlət Filarmoniyasında baş tutan konsert Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşıb. Tədbirdə tanınmış aşıq haqda söhbət açılıb, onun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Gecədə saz ustadları tərəfindən el havaları səsləndirilib, Aşıq Şəmşir yaradıcılığına müraciət olunub. 

Orxan Cəfərzadə