• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 22.05.2024 19:44

Qohumu 47 yaşlı kişini güllələdi

KepezTV Player

Şəmkirin Ağlavaşlı kəndində güllələnmə hadisəsi baş verib. ƏIindən yaralanan yerli sakin 47 yaşlı Mais Ələkbərov Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanada əməliyyat edilib. Vəziyyətinin sabit olduğu bildirilib. Hadisəni zərərçəkənin qohumu Naib Həsənovun törətməsinə şübhələr müəyyən edilib. O, atəş açılan odlu silahla saxlanılıb. 

Ceyhun Quliyev- həkim: “47 yaşında xəstə - Ələkbərov Mais bu gün bizə təxminən saat 10 radələrində təcili tibbi yardımla gətirilmişdir. Tərəfimizdən baxıldığı zaman xəstənin sol əl nahiyəsindən odlu silahla yaralanma olduğunu gördük. Xəstəyə ilkin tibbi yardım göstərildi. Hazırda stasionar şəkildə müalicə aparılır və tərəfimizdən izlənilir. Ümumi vəziyyəti stabildir. Əlində üyüşmə hissi var, qan dolaşımı normal deyil, hələ ki, izləyirik”.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Hadisə ilə bağlı ŞRPŞ əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub və özünün müvafiq sənədləri olan ov silahı ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

Vüsalə Cənnətova