Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi səfərə gəlib.
Prezident İlham Əliyev Belaruslu həmkarını qarşılayıb. Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Dövlət başçılarının əvvəlcə təkbətək görüşü keçirilib. Daha sonra Prezidentlərin geniş tərkibdə görüşü olub.
Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Bakı Minsklə, Gəncə Qomellə, Qəbələ isə Belarusun Qrodno şəhəri ilə qardaşlaşıb. Müvafiq memorandumlar Azərbaycan və Belarus Prezidentlərinin iştirakı ilə imzalanıb. İki ölkə arasında gömrük, kənd təsərrüfatı, turizm və iqtisadiyyat sahələri üzrə ümumilikdə 9 sənəd imzalanıb.
Hər iki dövlət başçısı mətbuata bəyanatlarla da çıxış ediblər.
Prezidentlər Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
“Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib.
Azad Mustafayev
- Baxış: 322