KepezTV Player
Azərbaycan Voleybol Federasiyası bu dəfə Tovuzda təlim-məşq toplanışı təşkil edib. Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlərdə iki gün ərzində yerli Olimpiya İdman Kompleksində 40-a yaxın voleybolçunu məşqlərə cəlb ediblər. Burada gündə iki dəfə olmaqla həm fiziki, həm də texniki çalışmalar keçirilib. Həmçinin, gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib. Növbəti təlim-məşq toplanışı mayın 15-17-si aralığında Gəncədə keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 362